Azərbaycan XİN İraqa başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqa başsağlığı verib.

“Report” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq”, – deyə paylaşımda qeyd edilib.

Qeyd edək ki, İraqın Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında 50 nəfər həlak olub, üçgünlük matəm elan edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More