Azərbaycanın daha bir boksçusu Serbiyada keçirilən Avropa birinciliyində medal qazanıb

Azərbaycanın daha bir boksçusu Serbiyanın Novi Pazar şəhərində yeniyetmə arasında keçirilən Avropa birinciliyində medal qazanıb.

“Report” Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Səfdər Məmmədzadə (+80 kq) finalda rusiyalı Boqdan Smolkinlə döyüşüb.

Görüş rəqibin 3:2 (26:30, 28*:28, 28*:28, 26:30, 29:27) hesablı qələbəsi ilə yekunlaşdığından boksçumuz gümüş medalla kifayətlənib.

Bununla da, yığmamız Avropa birinciliyini 1 qızıl, 4 gümüş və 8 bürünc medalla başa vurub. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.

Qeyd edək ki, daha öncə Əminə Tağı (50 kq) Avropa çempionu tituluna yiyələnib. Cəmilə Muradlı (52 kq), Fidan Bakarova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq), Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More