Bağdadda hipermarketdəki yanğında 50 nəfərin ölümünə görə matəm elan edilib

İraq Bağdadın cənubunda Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında həlak olan təxminən 50 nəfərin xatirəsinə üçgünlük matəm elan edib.

“Report” “Aljazeera”ya istinadən xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib.

“Biz yanğın nəticəsində təxminən 50 nəfəri itirdik. Səlahiyyətli orqanlar yanğının səbəblərini araşdırmağa davam edir, ilkin nəticələr tam şəffaflıq təmin edilməklə 48 saat ərzində ictimaiyyətə açıqlanacaq”, – o vurğulayıb.

Vasit polis komandanlığı hipermarketdəki yanğını söndürmək üçün əyalətin mülki müdafiə qüvvələrinin tam səfərbərliyini elan edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More