Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının (İXTK) sədri Mesrop Mesropyanla elektrik şəbəkələrinin idarə edilməsini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
“Görüş zamanı ictimai xidmətlər sahəsində bir sıra aktual problemlər və onların həlli yolları müzakirə edilib. Xüsusilə, strateji əhəmiyyətli infrastrukturların səmərəli və etibarlı idarə edilməsi kontekstində Ermənistanın elektrik şəbəkələrinin idarə edilməsi məsələsinə toxunulub”, – prezidentin mətbuat xidmətinin məlumatında bildirilib.
Xaçaturyan belə infrastrukturların sabit və təhlükəsiz işinin vacibliyini vurğulayıb və fövqəladə hallarda müvəqqəti idarəetmə mexanizmlərinin qanunvericilik səviyyəsində dəqiqləşdirilməsinin cari gündəliyin mühüm məsələsi olduğunu qeyd edib.
Qeyd edək ki, dünənki mətbuat konfransında Baş nazir Nikol Paşinyan həbsdə olan iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri”nin idarəçiliyinin müvəqqəti olaraq dövlətə keçəcəyini və daha sonra hakimiyyətin ən səmərəli operatoru tapacağını bildirib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.