İsrail ordusu Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib

İsrail Müdafiə Qüvvələri Suriya ilə sərhəddəki vəziyyətə hazır olmadığını etiraf edib.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ordunun sözçüsü, briqada generalı Effi Defrin mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 1000-ə yaxın druz Suriyaya doğru sərhədi keçib, onlarla suriyalı druz isə İsrail ərazisinə daxil olub.

“Minlərlə İsrail vətəndaşının sərhədə yaxınlaşıb onu keçməyə cəhd etməsinə hazır deyildik. Bu, bizə dərs oldu”, – o deyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More