İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq və onun sərhədlərində təhlükəsizliyi təmin etmək niyyətindədir.
“Report”un xəbərinə görə, bunu İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi brifinqdə deyib.
O vurğulayıb ki, İsrailin Suriyada maraqlarının hər hansı pozulması cavabsız qala bilməz:
“Bizim Suriyadakı maraqlarımız bəlli, məhdud və aydındır. İlk növbədə, Suriyanın cənubunda, sərhədimizə yaxın ərazidə status-kvonu saxlamaq və bu sahədə İsrailə qarşı təhdidlərin qarşısını almaq. İkincisi, güclü və davamlı əlaqəmiz olan druz icmasına zərərin qarşısını almaqdır”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.