“Karvan” yeni transferini açıqlayıb

“Karvan” klubu yeni transferini açıqlayıb.

“Report” Yevlax təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub.

Qeyd edək ki, nigeriyalı yarımmüdafiəçi karyerası ərzində 139 oyun keçirib, 12 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More