Kiyev Rusiyanın həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verdiyini təsdiqləyib

Ukrayna Rusiyanın öldürülmüş ukraynalı hərbçilərin meyitlərini təhvil verdiyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat verib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları aparacaq. Bundan başqa, meyitlərin identifikasiyası da həyata keçiriləcək.

Ölənlərin meyitlərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsini Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri həyata keçiriblər.

Daha əvvəl Rusiyanın Ukraynaya ümumilikdə 3 min hərbçinin meyitini təhvil verəcəyi bildirilmişdi.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More