Pezeşkiyan keyfiyyətiz yanacağa görə Təbrizə taksi ilə gedib

İran prezidenti Məsud Pezeşkiyanın rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə gedərkən yolda qalıb.

“Report” İranın ILNA agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının rəsmisi Mustafa Mövləvi bildirib.

Onun sözlərinə görə, Tehrandan Təbriz istiqamətində hərəkət edən və içində ölkə başçısının da olduğu avtomobil karvanı yolda yanacaqdoldurma məntəqəsinə (YDM) daxil olub. YDM-də rəsmi avtomobillərə verilən yanacaq sulu olub və səbəbdən avtomobillərdə nasazlıq əmələ gəlib.

Bundan sonra Pezeşkiyan və onu müşayiət edən rəsmilər yoluna taksi ilə davam edib.

Araşdırmalaran sonra məlum olub ki, sözügedən YDM yanacağa su qatırmış və müvafiq qurumlara sürücülərdən bu tipi şikayət daxil olurmuş.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More