“Qarabağ” klubu yeni transferini açıqlayıb.
“Report” Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Semi Mmae ilə müqavilə imzalanıb.
Futbolçu “Qarabağ”da icarə əsasında forma geyinəcək. Onunla müqavilənin müddəti 1 illikdir. 28 yaşlı mərkəz müdafiəçi “3” nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-18-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018-21-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib. Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Sami 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/2025 mövsümünün pley-off mərhələsində “Dinamo”nun heyətində Ağdam klubuna qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Qarabağ” bunadək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.