Qazaxda göldə kişi çimərkən batıb

Qazaxda göldə çimən iki nəfərdən biri boğularaq ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Kəmərli kəndində qeydə alınıb.

Ata və oğulu göldə çimən zaman batıblar. Oğulu sudan çıxarılsa da atasını çıxarmaq mümkün olmayıb. O, boğularaq ölüb. Meyit tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More