Rusiyanın 18 qat çempionu 6 ay müddətinə diskvalifikasiya olunub

Darts üzrə 18 qat Rusiya çempionu Boris Koltsov 6 ay müddətinə diskvalifikasiya olunub.

“Report” Rusiya Darts Federasiyasının (RDF) mətbuat xidmətinə istinadən xəbər verir ki, buna idmançının Çinin Makao şəhərində keçirilən turnirdə icazəsiz iştirakı səbəb olub.

RDF-nin vitse-prezidenti Nail Aksyanov isə bir il yarım müddətinə vəzifəsindən kənarlaşdırılıb. İyunun 13-dən 15-dək Makaoda keçirilən turnirdə Rusiya nümayəndələri ölkə bayrağı altında və dövlət rəmzləri ilə iştirak ediblər. Yarışa səfərin RDF və İdman Nazirliyinin razılığı olmadan təşkil edildiyi bildirilib.

Qeyd edək ki, 36 yaşlı idmançı Peşəkar Darts Korporasiyası tərəfindən keçirilən dünya çempionatlarında iştirak edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More