Samvel Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri” milliləşdirilir

Həbs edilmiş iş adamı Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi proseduruna başladılıb.

“Report”un xəbərinə görə, bu barədə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Nazirlik “Ermənistan Elektrik Şəbəkələri” QSC tərəfindən yol verilmiş pozuntularla bağlı İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasına müraciət edib”, – məlumatda deyilir.

Bununla da qurum şirkətin milliləşdirilməsinə imkan verən proseduru başladıb.

İyulun 3-də Ermənistan parlamenti bu məqsədlə “Energetika haqqında” və “İctimai xidmətlərin tənzimlənməsi komissiyası haqqında” qanunlara dəyişikliklər qəbul edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More