Suriyada qeyri-qanuni birləşmələr geri çəkildikdən sonra Əs-Suveyda şəhərindəki xəstəxanada mülki şəxslərə və təhlükəsizlik qüvvələrinin əməkdaşlarına aid onlarla cəsəd tapılıb.
“Report” xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Əs-Suveydada tapılan meyitlərin dəqiq sayı və onların ölüm səbəbləri hələlik açıqlanmır.
Suriyanın səhiyyə naziri Musaab əl-Əli “SANA” xəbər agentliyinə bildirib ki, hazırda 15 təcili yardım maşınından ibarət karvan İsrail təyyarələri tərəfindən əngəlləndiyi üçün Əs-Suveyda əyalətinə daxil ola bilmir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.