Tramp Qəzzada kilsəyə hücumla bağlı Netanyahuya zəng edib

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında kilsəyə hücumla bağlı İsrailin baş naziri Binyamin Netanyahuya zəng edib.

“Report” “Hill” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə bildirib.

Onun sözlərinə görə, baş nazir bunun səhvən baş verdiyini vurğulayıb.

“Prezidentin bu hadisəyə reaksiyası heç də müsbət olmayıb”, – o bildirib.

Qeyd edək ki, bu gün İsrailin Qəzzadakı yeganə katolik kilsəsinə zərbəsi üç nəfərin ölümünə səbəb olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More