UEFA Avropa Liqası: “Sabah” Sloveniya klubu ilə cavab matçına çıxacaq

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Sabah” bu gün Sloveniyanın “Sele” komandası ilə cavab matçına çıxacaq.

“Report” xəbər verir ki, qarşılaşma Sloveniyanın Sele şəhərindəki eyniadlı stadionda baş tutacaq.

Bakı vaxtı ilə 22:00-da start götürəcək görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcəklər.

UEFA Avropa Liqası

I təsnifat mərhələsi, cavab görüşü

17 iyul

22:00. “Sele” (Sloveniya) – “Sabah” (Azərbaycan)

İlk oyun – 3:2

Baş hakim: Draqomir Draqanov (Bolqarıstan).

Xatırladaq ki, komandalar arasında Bakıda baş tutan ilk görüş Sloveniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More