Ukraynanın yeni Baş naziri: İlk prioritet silah istehsalının artırılmasıdır

Ukraynanın yeni hökumətinin ilk altı ayda prioriteti ordunun keyfiyyətli təminatı, silah istehsalının artırılması və Ukrayna ordusunun texnoloji səviyyəsinin yüksəldilməsidir.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın yeni Baş naziri Yuliya Sviridenko Ali Radada çıxışı zamanı deyib.

“İlk altı ay ərzində işləyəcəyimiz ilk prioritet Ukrayna iqtisadiyyatının özünü təmin etməsini təmin etmək üçün maksimum səy göstərməliyik. Mən bundan sonra da öz missiyamı Ukrayna istehsalçısının dəstəklənməsində görürəm. Biz Ukrayna sahibkarlarını dəstəkləmək üçün buna bənzər sürətli və hiss olunan addımlar atmaq üçün bütün səylərimizi göstərəcəyik. Söhbət kompleks tənzimləmənin davam etdirilməsindən, biznesə qanunsuz təzyiqin dayandırılmasından, özəlləşdirmənin sürətləndirilməsindən və effektiv dəstək mexanizmlərinin davam etdirilməsindən gedir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More