ABŞ Konqresinin Nümayəndələr Palatası dövlətin büdcə xərclərinin 9 milyard ABŞ dolları azaldılması haqqında qanun layihəsini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
İclasda 216 iştirakçı qanun layihəsinin “lehinə”, 213 nəfər isə “əleyhinə” səs verib. Qanun layihəsi artıq Senatda təsdiqlənib və Prezident Donald Trampa imzalaması üçün göndərilib.
İyun ayında Nümayəndələr Palatası Prezident administrasiyasının dövlət maliyyələşdirilməsinin 9,4 milyard ABŞ dolları azaldılması təklifini dəstəkləyib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.