Anar Ələkbərov Ağdamdakı Qiyaslı məscidindən paylaşım edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidlə bağlı instaqram sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.

“Report” xəbər verir ki, paylaşımda “Ağdam, Qiyaslı məscidi – 18.07.2025” sözləri yer alıb.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib. Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More