Azərbaycanın həndbol hakimləri Portuqaliyada Universiadada iştirak edəcəklər

Azərbaycanın həndbol üzrə Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları iyulun 22–29-u aralığında Portuqaliyanın Kovilyan şəhərində keçiriləcək Universiadada iştirak edəcəklər.

Bu barədə “Report”a Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Həndbol Federasiyasının “Gənc Hakimlər Layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.

Azərbaycan təmsilçiləri qarşılaşmaları idarə etməklə yanaşı, seminarlarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.

Qeyd edək ki, Ləman və Aydan Həmidova bacıları ötən il İsveçin Göteborq şəhərində keçirilən açıq Avropa çempionatında da hakimlik ediblər.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More