Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Mahamalar kəndində baş verib.
Belə ki, axşam saatlarında kənd ərazisində Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.