Çempionlar Liqası: “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabian Buntiç.

Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə, 26. Amin Rzayev.

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalio, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15, Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə.

Hücumçular: 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Tərəflər arasında cavab matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More