Ərdoğan və Putin regional məsələləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Ərdoğan Rusiya lideri ilə ikitərəfli münasibətlər və regional məsələləri, xüsusilə Suriyadakı hadisələr müzakirə edib.

Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında danışıqların üçüncü raundunun başlamasının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Ərdoğan tərəflər üçün uyğun tarixlər müəyyən edildikdən sonra Türkiyənin İstanbulda danışıqlara ev sahibliyi etməyə davam edəcəyini bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More