İmişli rayonunda növbəti əmək yarmarkası keçirilib.
“Report”un Muğan bürosunun məlumatına görə, yarmarka Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialı tərəfindən təşkil edilib.
Yarmarkada işsiz və işaxtaran şəxslərə 20 vakansiya təqdim olunub.
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.



Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.