İsrail Əs-Süveydada əməliyyatlar keçirmək üçün Suriyanın daxili təhlükəsizlik qüvvələrinə 48 saat vaxt verəcək

İsrail Suriyanın cənubunda iğtişaşların davam etməsinə istinad edərək ölkənin daxili təhlükəsizlik qüvvələrinə Əs-Suveydada əməliyyatlar keçirmək üçün 48 saat vaxt verəcək.

Bu barədə “Report” “Times of Israel”ə istinadən xəbər verir.

“Suriyanın cənub-qərbində davam edən qeyri-sabitlik fonunda İsrail Suriyanın daxili təhlükəsizlik qüvvələrinin növbəti 48 saat ərzində Əs-Süveyda bölgəsinə məhdud girişinə razılıq verib”, – İsrail rəsmisi bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More