İsrail ordusu Qəzzanın şimalında təxminən 800 metr uzunluğunda olan yeraltı tuneli məhv edib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti teleqram kanalında məlumat verib.
Qeyd olunur ki, İsrail ordusunun əsgərləri Qəzza sektorunun şimalındakı Dərac Tuffah bölgəsində əməliyyatı davam etdirir. Əməliyyat zamanı dərinliyi təxminən 18 metr və uzunluğu təxminən 800 metr olan yeraltı tunel aşkarlanaraq məhv edilib.
Qurumdan bildirilib ki, işlər mühəndis bölmələri, o cümlədən yeraltı tikililərdə ixtisaslaşan “Yahalom” xüsusi təyinatlı dəstəsi ilə koordinasiya şəklində həyata keçirilib.
Ordudan vurğulanıb ki, əməliyyat başlayandan bəri Qəzzada müxtəlif silahlı qrupların istifadə etdiyi silah anbarları, müşahidə məntəqələri və digər hərbi obyektlər məhv edilib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.