Nepalda “teleqram”a giriş məhdudlaşdırılıb 

Nepal hökuməti ölkədə “Teleqram” messencerinə girişin məhdudlaşdırılması barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə Nepal Telekommunikasiya Təşkilatının rəsmi məlumatında bildirilib.

Qərar sosial şəbəkənin onlayn fırıldaqçılıq və çirkli pulların yuyulması üçün istifadə edilməsi ilə bağlı qeydə alınmış hallarla əlaqədardır. Telekommunikasiya operatorlarına dərhal məhdudlaşdırıcı tədbirlərin görülməsi tapşırılıb.

Təşəbbüs təhlükəsizlik orqanları ilə razılaşdırılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More