Futbol azarkeşləri bu mövsüm Premyer Liqada maraqlı qarşılaşmalara şahidlik edəcəklər.
“Report” xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov deyib.
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün püşkatma mərasiminin ardından jurnalistlərə açıqlama verən PFL rəsmisi yeni “futbol ili”ndə maraqlı mübarizəyə şahidlik edəcəklərini bildirib:
“Bildiyiniz kimi, builki çempionatda 12 komanda qalib adı uğrunda mübarizə aparacaq. Bu mənada azarkeşlərin maraqlı görüşlərə şahidlik edəcəklərinə inanırıq. Budəfəki püşkatmada yenilik etdik. Bütün media nümayəndələrinin gözü qarşısında 33 turun hər birinin təqvimi ictimaiyyətə təqdim olundu”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.