Rumıniya Ukrayna ilə birgə dron istehsalına başlamağı planlaşdırır

Rumıniyanın Müdafiə Nazirliyi Ukrayna ilə pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı barədə razılığa gəlməyi və daha sonra onları digər Avropa ölkələrinə satmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Digi24” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Rumıniya ukraynalı mütəxəssislərin son illərin döyüş təcrübəsi əsasında hazırladıqları pilotsuz uçuş aparatlarının detallarına görə ödənişi öz üzərinə götürəcək.

Növbəti mərhələdə Rumıniyanın Braşov şəhərində zavoda investisiya qoyulacaq, rumınlar və ukraynalıların məhz burada pilotsuz uçuş aparatları istehsal edəcəyi ehtimal olunur.

İstehsal edilən texnikanın böyük hissəsi Rumıniya ordusunun silahlanmasına daxil olacaq, qalan texnikanın isə Avropanın digər ölkələrinə satılması planlaşdırılır. Ukrayna artıq Danimarka və Norveçlə oxşar layihələr imzalayıb.

Rumıniyanın milli müdafiə naziri yaxın vaxtlarda ukraynalı həmkarı və digər rəsmilərlə görüşərək sazişin təfərrüatlarını müzakirə edəcək.

Nəşr qeyd edir ki, layihənin həyata keçirilməsində əsas çətinlik Rumıniyada maliyyə çatışmazlığıdır, buna görə də istehsal prosesinin yeni hərbi büdcənin qəbul ediləcəyi 2026-cı ilə qədər təxirə salındığı ehtimal olunur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More