“Şamaxı” Ramiz Məmmədovla yollarını ayırıb

“Şamaxı” FK-nın İdarə Heyətinin sədr müavini Ramiz Məmmədov klubdan ayrılıb.

Bölgə təmsilçisindən “Report”a verilən məlumata görə, buna səbəb mütəxissisin I Liqa klubu “Mingəçevir”ə baş məşqçi təyin olunmasıdır.

2022-ci ildən “Şamaxı”nın İdarə Heyətinin sədr müavini kimi fəaliyyət göstərən Məmmədov eyni zamanda 2023/2024 mövsümündə sözügedən komandanın baş məşqçisi kimi fəaliyyət göstərib və komanda I Liqada çempion olaraq yenidən Premyer Liqaya qayıdıb.

Qeyd edək ki, yeni təyinatı ilə əlaqədar Ramiz Məmmədovun “Şamaxı” FK-nın İdarə Heyətində üzvlüyünə xitam verilib və son 3 ildə klubda gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan tanınmış sabiq futbolçu Vəli Qasımov həmçinin İdarə Heyətinə yeni üzv seçilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More