Şmıqal: Bazar ertəsi “Ramşteyn” formatında onlayn görüş keçiriləcək

Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib ki, bazar ertəsi “Ramşteyn” formatında onlayn görüş keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

D.Şmıqalın sözlərinə görə, o, yaxın vaxtlarda G7 ölkələrinin müdafiə nazirləri ilə də danışıqlar aparacaq.

“Ramşteyn formatı” kimi tanınan Ukraynanın müdafiəsi üzrə Təmas Qrupu Kiyevə yardım səylərini əlaqələndirən 50-dən çox dövləti birləşdirir.

Bu platforma çərçivəsində Ukraynaya HIMARS reaktiv sistemləri, “Patriot” zenit kompleksləri, “Leopard 2” və “Abrams” tankları kimi müasir Qərb silahlarının verilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More