Avropa İttifaqının Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi qüvvəyə minib.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında məlumat dərc olunub.

“Məhdudiyyətlər dərc edildiyi andan qüvvəyə minir”, – sənəddə qeyd edilib.

Yeni paketə Rusiya neftinin “qiymət tavanı”nın bir barel üçün 47,6 dollara endirilməsi, 105 tankerə məhdudiyyətlər, “Şimal axını” ilə bağlı istənilən əməliyyata qadağa, 22 bankın “qara siyahı”ya salınması və Rusiya maliyyə təşkilatlarının Aİ ilə əməliyyatlarına tam qadağa qoyulması daxildir.

Siyahıya əlavə hüquqi və fiziki şəxslər daxildir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More