COP30 üçün media akkreditasiyasına start verilib

Braziliyanın Belən şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP30 üçün media akkreditasiyası prosesinə start verilib.

Bu barədə “Report” Braziliyanın Prezident Administrasiyasına istinadən xəbər verir.

Bildirilib ki, jurnalistlər və digər media nümayəndələri tədbirdə iştirak etmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliyinin onlayn qeydiyyat sistemi (ORS) vasitəsilə müraciət edə bilərlər.

COP30 konfransı 2025-ci il noyabrın 10-dan 21-dək Beləndəki “City Park”ın “Hangar” Konqres və Sərgi Mərkəzlərində keçiriləcək.

Qeyd edək ki, akkreditasiya həmçinin Braziliyanın 6-7 noyabr tarixlərində ev sahibliyi edəcəyi Liderlər Sammitini də əhatə edir. Bu tədbirlə bağlı əlavə məlumatın yaxın günlərdə COP30-un sədrliyini həyata keçirən Braziliya hökuməti tərəfindən açıqlanacağı gözlənilir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More