Almaniyanın Düsseldorf şəhərində ənənəvi yarmarkada atəşfəşanlıq zamanı pirotexniki vasitə tamaşaçı kütləsinin üzərinə düşüb, 19 nəfər xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Hadisə iyulun 18-də axşam saatlarında baş verib. İlkin məlumatlara görə, buraxılan pirotexniki vasitə yanlış istiqamətdə uçub və tamaşaçı kütləsi arasında partlayıb.
Məlumata görə, bir neçə nəfər xəstəxanaya yerləşdirilib, 4 nəfər ağır xəsarət alıb.
Düsseldorfda Reyn çayı sahilində keçirilən illik yarmarka – “Rheinkirmes” Almaniyada ən böyük xalq bayramlarından biri hesab olunur. Hər il təxminən dörd milyon insan yarmarkaya gedir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.