Es-Süveydadakı toqquşmalar nəticəsində ölənlərin sayı 940 nəfərə çatıb – YENİLƏNİB

Cənubi Suriyada ölənlərin sayı 940 nəfərə çatıb.

“Report” “The Times of Israel” istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat verib.

Mərkəzin məlumatına görə, Suriyada druzların yaşadığı Es-Süveyd vilayətində ölənlərin sayı ötən həftə sonundan bəri atəşkəs elan edilməsinə baxmayaraq 940 nəfərə çatıb.

Mərkəzdən bildirilib ki, ölənlər arasında 326 druz döyüşçüsü və 262 mülki şəxs var, onlardan 182-si “müdafiə nazirliyi və daxili işlər nazirliyi əməkdaşları tərəfindən məhkəməsiz edam edilib”.

Onların arasında, həmçinin 312 dövlət təhlükəsizlik xidməti əməkdaşı və 21 bədəvi var ki, onlardan üçü “druz döyüşçüləri tərəfindən məhkəməsiz edam edilmiş” mülki şəxslərdir. Mərkəzin məlumatına görə, daha 15 hərbçi İsrail zərbələri nəticəsində ölüb.

13:27

Suriyada Es-Süveyda vilayətində azı 718 nəfər öldürülüb.

“Report” “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Monitorinq Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, bazar günündən bəri 146 druz döyüşçüsü və 245 mülki şəxs həlak olub, onlardan 165-i müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən məhkəməsiz edam edilib.

“Eyni zamanda, hökumət qoşunlarının 287 hərbçisi və 18 bədəvi döyüşçüsü həlak olub. 3 bədəvi druz döyüşçüləri tərəfindən məhkəməsiz edam edilib”, – nəşr qeyd edib.

İsrail hava zərbələri nəticəsində hökumət qoşunlarının daha 15 hərbçisi həlak olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More