İsrail HƏMAS-ın batalyon komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Müdafiə Ordusu HƏMAS-ın 2023-cü il oktyabrın 7-də törədilən terror aktında əli olan Dərrac Tuffah batalyonunun komandirinin məhv edildiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Məhəmməd Ute 7 oktyabrda amansız qırğın zamanı İsrail ərazisinə soxulub və müharibə zamanı qoşunlara qarşı çoxsaylı terror aktları həyata keçirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 200-dən çox, o cümlədən uşaqların, qadınların və qocaların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, anklav, Livan və Suriyanın müəyyən ərazilərinə cavab zərbələri endirməyə başlayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More