“Barselona”nın hücumçusu Robert Levandovski Yan Urban baş məşqçi təyin edildikdən sonra Polşa millisinə qayıdacaq.
“Report” xəbər verir ki, bu barədə “Goal.pl” məlumat yayıb.
Məlumata görə, 36 yaşlı polşalı hücumçu yenidən milliyə qayıtmaq niyyətindədir.
Həmçinin onun milliyə qayıtması heç bir əlavə tələblə, hətta kapitan sarğısı ilə bağlı da şərtlənməyəcək. Levandovski bununla bağlı heç bir şərt irəli sürmür.
Daha əvvəl bildirilmişdi ki, Levandovski kapitan sarğısını götürdükdən sonra baş məşqçi Mixal Probyesə etimadın itirilməsi səbəbindən Polşa millisində oynamamaq qərarına gəlib, bundan sonra məşqçi komandanı tərk edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.