Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 5-ci məhəllə ərazisində baş verib.
Şəhər sakini, 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında baş vermiş münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıb.
Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.