Suriya hakimiyyəti ölkənin cənubundakı Əs-Suveyda əyalətinə xüsusi təyinatlılar göndərməyə hazırlaşır.
“Report”un xəbərinə görə, bunu Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa deyib.
“Suriya rəhbərliyi Əs-Suveydada hərbi əməliyyatları dayandırmaq üçün hər cür səy göstərir və bununla əlaqədar ərazidə silahlı münaqişələrə son qoymaq üçün tezliklə ora xüsusi təyinatlılar göndərməyi planlaşdırır”, – Əl-Şaraa ofisinin teleqram kanalında dərc etdiyi məlumatda deyilir.
Suriya televiziyası öz növbəsində mənbələrə istinadən xəbər yayıb ki, təhlükəsizlik qüvvələri ölkənin müvəqqəti prezidentinin göstərişinə uyğun olaraq artıq Əs-Suveydaya göndərilmək üçün bölmələr hazırlayır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.