Zelenski Rusiyanın Ukrayna ərazisinə 300-dən çox dron və 30 raket buraxdığını bildirib

Rusiya iyulun 19-u gecə saatlarında Ukrayna ərazisinə 300-dən çox zərbə dronu və 30-dan çox müxtəlif növ raketdən istifadə edərək hücum həyata keçirib.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Məlumata görə, ölən və yaralananlar var.

Dövlət başçısının sözlərinə görə, hücum bütün gecə davam edib: “Hava hədəflərinin məhv edilməsi hələ də davam edir”.

O, həmçinin vurğulayıb ki, xilasetmə işləri aparılır.

“Donetsk, Kirovoqrad, Dnepr, Sumı, Xerson,Volın , Zaporojye, Nikolayev, Odessa, Jitomir vilayətləri zərər çəkib”, – V.Zelenski bildirib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More