Suriyanın Əs-Suveyda əyalətində silahlı münaqişə tərəfləri nəhayət ki, hərbi əməliyyatları dayandırıb və əsirləri dəyişdirməyə hazırlaşır.
“Report” xəbər verir ki, bu açıqlama ilə ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barak çıxış edib.
“Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) münaqişənin bütün tərəfləri hərbi əməliyyatların tam dayandırılmasına razılaşıblar. Davamlı deeskalasiya istiqamətində növbəti kritik addım əsirlərin və girovların mübadiləsi olmalıdır”, – nümayəndə qeyd edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.