Almaniya elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər

Almaniya yaxın illərdə elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər. Alternativ enerji mənbələri ölkənin ehtiyaclarını ödəməyə kifayət etməyəcək.

“Report”un məlumatına görə, bu barədə “Bild” qəzeti yazır.

İqtisadiyyat Nazirliyi və ölkənin sənaye dairələri isə külək stansiyalarının və Günəş qurğularının qeyri-məhdud tikintisi istiqamətində kursun özünü doğrultduğuna şübhə ilə yanaşırlar.

“Bərpa olunan mənbələr şəbəkəsinin genişləndirilməsi daha çox elektrik şəbəkəsinin genişləndirilməsinə yönəldilməlidir”, – deyən iqtisadiyyat naziri Katerina Rayx bildirib ki, 2045-ci ilə qədər elektrik şəbəkəsinin genişləndirilməsi təxminən 600 milyard avro həcmində qiymətləndirilir: “Bu da Reyxə görə çox bahadır”.

Problem həm də ondan ibarətdir ki, Almaniya ən geci 2038-ci ilə qədər kömür enerjisindən tamamilə imtina etmək istəyir. Alternativ mənbələrdən əldə edilən enerji ölkənin bütün tələbatını ödəməyə kifayət etməyəcəyindən Katerina Rayx qaz elektrik stansiyalarının tikintisinə ümid etmək niyyətindədir.

O, bu il onların tikintisi üçün tender keçirmək istəyir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More