Buzovna-Mərdəkan yolunda avtomobilin piyadanı vurması tıxaca səbəb olub

Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən yolun hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More