Cənubi Koreyada güclü yağışlar 14 nəfərin həyatına son qoyub

Cənubi Koreyada güclü yağışlar 14 nəfərin həyatına son qoyub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi və xilasetmə xidmətlərinin məlumatında bildirilir.

Ən pis vəziyyət respublikanın qərbində və şimal-qərbində, o cümlədən Çxunçxon-Namdo və Kenqido əyalətlərində olub. Çox sayda sürüşmə və çay daşqınları baş verib.

Yerli xilasetmə xidmətlərinin məlumatına görə, 14 şəhər və qəsəbədə 13 mindən çox insan təxliyə edilib.

Sinoptiklər ölkənin bu hissəsində yağışın bazar günü ərzində davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və yerli sakinləri ayıq-sayıq olmağa çağırıblar.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More