“Haber Global” Şuşa Qlobal Media Forumu barədə reportaj hazırlayıb
Baxış:335
Azərbaycanın Qarabağ bölgəsinin mirvarisi Şuşada keçirilən III Qlobal Media Forumunun ikinci gününə yekun vurulub.
“Report” xəbər verir ki, bu barədə “Haber Global” xüsusi reportaj hazırlayıb.
Reportajda Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “İnnovativ yanaşmalar: rəqəmsal texnologiyalar dövründə media savadlılığı” mövzusunda panel müzakirəsində çıxışı yer alıb.
H.Hacıyev bildirib ki, 44 günlük müharibə dövründə Azərbaycan kütləvi dezinformasiyalara məruz qaldı. Onun sözlərinə görə, azərbaycanlı jurnalistlər və Azərbaycan xalqı həm də bu yalan məlumatlarla mübarizə aparırdı.
Qeyd edək ki, III Şuşa Qlobal Media Forum sabah panel müzakirələri ilə davam edəcək.
Şuşa’da 3. Global Medya Forumu!
Azerbaycan Cumhurbaşkanı Müşaviri Hikmet Hacıyev: Karabağ Savaşında Dezenformasyonla da Savaştık pic.twitter.com/yix7qKY5N5
Comments are closed, but trackbacks and pingbacks are open.