İran və Rusiya iyulun 21-də Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməkdaşlarının iştirakı ilə CASAREX-2025 təlimlərinə start verəcək.
“Report”un məlumatına görə, bu barədə İranın “Tasnim” agentliyi bildirib.
“İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil edilmiş CASAREX-2025 kombinə edilmiş dəniz axtarış-xilasetmə təlimləri sabahdan (21 iyul – red.) etibarən üç gün ərzində Xəzər dənizində keçiriləcək. Bu təlimlər İran ordusunun Hərbi Dəniz Qüvvələri, İİKK, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri və Xəzəryanı region ölkələrindən müşahidəçilərin iştirakı ilə baş tutacaq”, – məlumatda deyilir.
Agentlik dəqiqləşdirir ki, təlimlərin məqsədi dəniz təhlükəsizliyi səviyyəsinin və Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasıdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.