Netanyahu dövlət işlərini evdən idarə edəcək

İsrail baş naziri Binyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib.

“Report”un hökumət başçısının dəftərxanasına istinadən verdiyi məlumata görə, müayinənin nəticəsində ona bağırsaq iltihabı diaqnozu qoyulub.

Məlumata görə, narahatlığın səbəbi “xarab olmuş qidanın qəbulu” olub.

“Əlavə yoxlamalardan sonra baş nazirin vəziyyəti yaxşı qiymətləndirilib. Hazırda o, xəstəliklə əlaqədar yaranan susuzluq nəticəsində itirilmiş mayenin bərpası üçün venadaxili müalicə alır”, – məlumatda qeyd olunur.

Dəftərxanadan bildirilib ki, həkimlərin göstərişlərinə uyğun olaraq Netanyahu növbəti üç günü evində keçirəcək və oradan dövlət işlərini idarə etməyə davam edəcək.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More