İspaniya təmsilçisi “Real” (Madrid) yaxın müddətdə futbolçusu Reyniyer Jesusla yollarını ayıracaq.
“Report” “AS” nəşrinə istinadən xəbər verir ki, klub 23 yaşlı vingeri bu yay sata bilməsə, müqaviləsinə qarşılıqlı şəkildə xitam verəcək.
Braziliyalı oyunçu “Kral klubu”na 2020-ci ildə transfer olunub. Lakin o gəldiyi gündən bəri “Real”da heç bir oyun keçirməyib. 5 il ərzində müxtəlif klublarda icarə əsasında çıxış edən Reyniyerin madridlilərlə müqaviləsi 2026-cı ildə başa çatacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.