“AnewZ” ekspert materiallarının nəşri üçün yeni platformanı işə salıb

Azərbaycan televiziya kanalı “AnewZ” öz veb-saytında ekspert materiallarının nəşri üçün yeni platforma – “Opinion” bölməsini işə salıb.

“Report”un əməkdaşı xəbər verir ki, təqdimat III Şuşa Qlobal Media Forumu çərçivəsində baş tutub.

Təqdimat “AnewZ TV”nin direktoru Rufat Həmzəyevin iştirakı ilə keçirilib və forumun beynəlxalq iştirakçıları arasında geniş marağa səbəb olub.

“Opinion” bölməsi Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, həmçinin digər regionlardan olan ekspertlərin analitik və müəllif materialları üçün platforma olacaq. Yeni platformanın xüsusiyyəti “regionun içindən” baxışlara fokuslanmadır: yerli perspektivlər, kontekst və mentaliteti əks etdirən fikirlər.

Tədbirin sonunda iştirakçılara “AnewZ” televiziya kanalının Azərbaycanın simvolik mədəniyyət paytaxtının tarixi, mədəni irsi və müasir inkişafı haqqında “Destination Shusha” adlı Şuşa şəhəri haqqında sənədli film göstərilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More