“Araz-Naxçıvan”ın Konfrans Liqasındakı rəqibi La Liqada çıxış edən futbolçunu transfer edib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq Yunanıstan təmsilçisi “Aris” heyətini yeni futbolçu ilə gücləndirib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saloniki kollektivi İspaniya La Liqası komandası “Jirona”nın üzvü Qabriel Misehoyu sıralarına cəlb edib.

20 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Misehoy ötən mövsüm “Jirona”nın heyətində 11 oyunda meydana çıxıb və 1 qol vurub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More